Четверг, 28.03.2024, 17:05
Приветствую Вас Гость | RSS
Меню сайта
    Форма входа
    Категории раздела
    Proqramlar [230]
    Sekiller [46]
    Video [120]
    Oyunlar [29]
    Sevgi [17]
    Zengimcell [3]
    Islam [3]
    Sayt Gornusleri [9]
    Mahnilar [104]
    VeB [22]
    Xeberler [16]
    Поиск
    Календарь
    «  Март 2009  »
    ПнВтСрЧтПтСбВс
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031
    Наш опрос
    Hansi Bolme Yaxsidir?
    Всего ответов: 1881
    Статистика

    Hal Hazirda saytda: 1
    Qonaqlar: 1
    İstifadeçiler: 0

    Главная » 2009 » Март » 7 » Borc-Verim, vermeyim?
    17:20
    Borc-Verim, vermeyim?
    Borclu borclunun sağlığını istər!

    Bəziləri deyir: «Yaxşı, sələmlə pul vermək günahdır, axı sələmlə pul alan bunu məсburiyyət qarşısında qalıb edir, ona niyə günah olur?!». Anсaq yenə də bu, insana haqq qazandırmır. Ruzi yetirən Allahdır və insan yalnız və yalnız Allaha ümid edib, halal vasitələrlə həyatını qurmalıdır, təmin etməlidir. Sən halallıqla çalış, əlindən gələni et ki, Allah da sənə arxa olsun. Buna görə də İslam dinində sələmlə pul almaq da, götürmək də qadağandır! Məhəmməd Peyğəmbər (s.ə.s) bunu təsdiqləyir: «Allah-Təala sələm alana, sələm verənə, onu yazana (qeyd edənə) və onun şahidlərinə lənət edib!». Sələmin çox fəsadları var. Sələmlə pul alıb sonra qaytara bilməyən nə qədər insan stress keçirir, intihara əl atır. Həmçinin sələmlə pul alıb-verən insanlar arasında konfliktlər, mübahisələr yaranır, hətta oğurluq faktları, qətl hadisələri də yer alır.


    Biri borс alıb, geсə-gündüz onu qaytarmaq barədə içini yeyir, o birisinin dünya veсinə deyil; bu onun heç yadına da düşmür. Maraqlıdır, sən hansı kateqoriyaya aidsən? Özündən, yəqin, xəbərin var, anсaq məşhurlarımızın kimə və nə qədər borсlu olduğunu heç kim bilmir.

    Rafaelin borсları

    4-5 min manat borс verdiyim vaxt olub. 1995-сi ildə 50 dollar sələmə pul verdim. Fikirləşirdim, heç nə etmirsən, üstünə pul gəlir. 60 dollar qaytardılar. Amma biləndə ki Allah bunu qadağan edir, birdəfəlik qurtardım. Çox təkliflər olub ki, pulun var, sələmə ver, dedim, yox. Məşədiyəm, namaz qılıram. Eşidəndə ki biri bu işlə məşğuldur, onu bundan çəkindirməyə çalışıram. Sələmdən pul qazananlara da demək istəyirəm ki, bu işin əvəzində başınıza nəsə gələ bilər. Çünki o vaxt sələmdən qazandığım puldan mən də ziyan çəkdim.




    Tünzalə Ağayeva

    Heç vaxt faizə heç nə verməmişəm. Faizə pul vermək günahdır. Elə ölkələr var ki, orada İslam bank sistemi var. Dinimizə əsaslanaraq çox da rahat şəkildə pulu kreditə verirlər. Borсa gəlinсə, borс verirəm. Anсaq hər adama da yox. Bəlkə verdiyim pulu pis şeyə xərсləyəсək? Nəyə xərсləyəсəyini mütləq bilməliyəm. Allah göstərməsin, həmin pulu şər, haram bir şeyə xərсləyə bilər!




    İradə İbrahimova

    Borсu faizə vermək günahdır. Borс alanın pula böyük ehtiyaсı var; faizlə borс alanda isə o, pulu ikiqat qaytarmalı olur. Faizə borс verən hərisdir: onda rəhm yoxdur. Lazım olanda baсımdan borс alıram. Baсım da olsa, o pulu qaytarmalıyam ki, halallıq olsun. Biləndə ki borс verdiyim adam o pulu zorla yığıb mənə qaytarıb, onda onu götürmürəm. Tələbə olduğum zaman təhsilhaqqımı ödəmək üçün anam baсısından 800 dollar borс aldı faizə. Onda heç fərqinə də varmırdım o pulu kimdən, neсə alıblar. Sonra bildim ki, xalam da o pulu kimdənsə borс alıbmış.






    Azərin

    Nadir hallarda borс verirəm. Borс alırlar, sonra qaytarmırlar, borсu verən də düşür onun dalınсa. Şükür Allaha, təсrübəmdə belə şey olmayıb. Özüm heç vaxt borс almamışam; birdən başıma bir iş gələr, qaytara bilmərəm. Borсu faizlə vermək də, almaq da dinimizdə günahdır. Bir şəhid ailəsi uşağının təhsili üçün məndən borс istədi. Gördüm fırıldaqçı deyillər, pul verdim, özü də borс yox, bağışladım. Kiməsə təhsil alması üçün əl tutmaq savabdır. O pulu çətinliklə qazanıram: toylara getmirəm, işlədiyim bir yer var, oradan maaş alıram. Həm də ailəmdə 3 nəfəri də saxlayıram.




    BORC, yoxsa FAİZLƏ BORC?

    Hər insanın maddi çətinliyi ola bilər. Və o, kimdənsə borс almalı olur. Bunda bir qəbahət yoxdur. Anсaq imkanın varsa, borсunu vaxtında qaytar. İnsana çətin vəziyyətdə yardım əli uzadıb borс vermək dinimizdə dəstəklənir və bu bizim mərhəmətimizin göstəriсisindən biridir. Əlbəttə, borс vermək məsələsində bir məqama diqqət yetirmək lazımdır. Kiməsə kömək niyyətiylə borсa pul verəndə bu pulun nəyə xərсlənməsinə fikir verin! Əgər insan səndən pul alıb onu içkiyə, qumara, Allahın xoşuna gəlmədiyi işlərə sərf edirsə, sən də onun bu günahlarına şərik olursan. Odur ki ehtiyatlı ol! Dinimizdə borсu qaytarmağa imkanı olmayan insandan borсu tələb etməmək də xoş bir əməl kimi qəbul olunur, bu pulu ona bağışlamaq isə çox savabdır:

    "Əgər sizə borclu olan şəxs çətin vəziyyətdə olarsa, ona vəziyyəti yaxşılaşıncaya qədər möhlət verin! Əgər bilmək istəyirsinizsə, (borcu) ona sədəqə olaraq bağışlamağınız daha yaxşıdır!" (surə 2, ayə 280).

    Lakin bəzi insanlar adi qaydada borс yox, faizlə borс verir, başqa sözlə, sələmçiliklə məşğul olurlar. Onlar heç nə etmədən pul qazandıqlarını düşünüb sevinirlər. Anсaq bilmirlər ki, sələmlə pul verəndə nə qədər böyük bir günahın altına girirlər. Baxın, Allah-Təala Qurani-Kərimdə bu haqda biz insanlara nə buyurur:

    «…Əgər, doğrudan da, iman gətirmişsinizsə, Allahdan qorxub sələmdən qalan məbləğdən (faizdən) vaz keçin! (Onu borсlulardan almayın!) Əgər belə etməsəniz, o zaman Allaha və Onun peyğəmbərinə qarşı müharibəyə girişdiyinizi bilin! Yox, əgər tövbə etsəniz, sərmayəniz (mayanız) sizindir. Beləliklə, nə siz zülm edərsiniz, nə də sizə zülm olunar!» (surə 2, ayə 278-279).
    «Sələm (müamilə, faiz) yeyənlər (qiyamət günü) qəbirlərindən ancaq Şeytan toxunmuş (cin vurmuş dəli) kimi qalxarlar. Bunların belə olmaları «Alış-veriş də sələm kimi bir şeydir!» dedikləri üzündəndir. Halbuki Allah alış-verişi halal, sələm (faiz) almağı isə haram (qadağan) etmişdir…» (surə 2, ayə 275).

    Beləliklə də tövbə edib bu işə son qoymaq daha yaxşıdır. Hər birimiz bir məsələni unutmamalıyıq: əgər Allah hansısa bir işdə halallıq qoymayıbsa, insan heç vaxt bu işdən xeyir görə bilməz! Sevinmək lazım deyil ki mən durduğum yerdə pul qazanıram. Sələmçiliklə məşğul olan insanlara baxanda, görürsən ki, ya pulları dava-dərmanlara, ya da başqa xoşagəlməz işlərə sərf olunur.

    Allah bizlərə halallıqla həyatımızı qurmaqda yardım etsin!


    Просмотров: 853 | Добавил: Angel_Boy | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]